Miri Yusif yeni klipi üçün xüsusi dərslər aldı

Miri Yusif yeni klipi üçün xüsusi dərslər aldı
Xalq artisti Miri Yusif “Xəzərəm” adlı yeni layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi sözləri və musiqisi Yap10-a aid klip üçün kamera qarşısına da keçib. Ekran işinin ssenarisinə əsasən qəzaya düşən Miri Yusifin qrimi və su altında olan kadrları diqqət çəkib. İki gün ərzində baş tutan çəkilişlərdə Miri Yusif su altında qalmaq üçün xüsusi dərslər alıb. Sözügedən kadr 4 saat ərzində çəkilib.
Qeyd edək ki, layihənin müəllifi Emin Əfəndi, klipin rejissoru isə Əli Fərhaddır.

Gundelik-Baku.Org