ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı

ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı
Yanvarın 1-də ABŞ-nin “Black eyed peas” qrupunun TVN kanalının yeni il konsertində göy qurşağı rəngli sarğılarla çıxışı Polşada qalmaqala səbəb olub.
Belə ki, ədliyyə naziri Zbiqnev Ziobro bəyan edib ki, əgər TVN-nin Yeni il konsertində LGBT nümayəndələrinin təbliğatını telekanal planlaşdırıbsa, bunu qalmaqal hesab edənlər haqlıdır.
Ədliyyə Nazirliyinin katibi Martsin Varhol isə TVN-də baş verənləri ayıb adlandırıb. Onun fikrincə LGBT təbliğatlı Yeni il gecəsi Polşa xalqının alçaldılmasıdır.
Digər tərəfdən, həm aparıcı, həm də sənətçilər konsertin bütün detallarının, o cümlədən ifaçıların geyiminin bütün elementlərinin razılaşdırıldığını təsdiqləyiblər.
Mənbə: rossaprimavera.ru
Gundelik-Baku.Org