Bakıda itkin düşən 13 yaşlı qız tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı - YENİLƏNİB
Bakıda itkin düşən yeniyetmə qız Ülviyyə Həsənzadə tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
09.15
Bakıda yeniyetmə qız itkin düşüb.
Hadisə sentyabrın 28-də baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Həsənzadə Ülviyyə Ülvi qızı hazırlığa getmək adı ilə evdən çıxıb geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Gundelik-Baku.Org