"Rusiya üzərinə düşən vəzifəni yerinə yetirmir" - Ərdoğan

"Rusiya üzərinə düşən vəzifəni yerinə yetirmir" - Ərdoğan
Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir.
Türkiyə KİV-ləri xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  
"Bizim 2019-cu il Soçi razılaşmasına əsasən, İraqın və Suriyanın şimalında terrorçuların məhvinə cavabdeh olan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir", - Türkiyə lideri bildirib.
O, Türkiyənin susmayacağını və müstəqil şəkildə terrorçulara qarşı tədbirlər görəcəyini açıqlayıb. Prezident Kobani bölgəsinə 12 zərbə endirdiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.
Gundelik-Baku.Org