Şəkidə itkin düşən yeniyetmə Bakıda tapıldı - YENİLƏNİB

Şəkidə itkin düşən yeniyetmə Bakıda tapıldı - YENİLƏNİB
Bir neçə gün öncə Şəkidə itkin düşən yeniyetmə tapılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyevin yeri Bakı şəhərində müəyyən olunaraq ailəsinə təhvil verilib.
***
15 yanvar, saat 12:15
Şəkidə 17 yaşlı gənc itkin düşüb. 
"Unikal" xəbər verir ki, Şəki şəhər sakini 2006-cı il təvəllüdlü Ramazan Hacıyev ötən gün təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 
Həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.
Gundelik-Baku.Org