Coniyə hücum edən qız həbs olundu

Coniyə hücum edən qız həbs olundu
Azərbaycanlı müğənni Coniyə (Cahid Hüseynli) Türkmənistan konsertində hücum edib qucaqlayan pərəstişkarı həbs olunub.
OLAY yazır ki, bununla bağlı xəbərlər sözügedən ölkənin mediası tərəfindən yayılıb. Məlumata görə, qız Dövlət Maliyyə Universitetinin 2-ci kurs tələbəsi olub. Lakin bu davranışına görə o, ali təhsil müəssisəsindən xaric edilib.
Gəncin cəzası bununla yekunlaşmayıb. Müğənninin fanatı 15 günlük həbs olunub.
Qeyd edək ki, Aşqabadda baş tutan kosnertdə qız səhnəyə qaçıb Conini qucaqlamışdı. İfaçı pərəstişkarının bu davranışına pis reaksiya verməmişdi.

Gundelik-Baku.Org