İspaniyada fırtınaya düşən narkotacirlər polisə müraciət etmək məcburiyyətində qaldılar

İspaniyada fırtınaya düşən narkotacirlər polisə müraciət etmək məcburiyyətində qaldılar
Əlverişsiz hava şəraiti İspaniya polisinin işini asanlaşdırıb.
Bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, narkotik yükləmək üçün Mərakeşin qərb sahilinə yola düşən gəmi pis hava şəraiti ilə əlaqədar İspaniya sularına qayıtmaq məcburiyyətində qalıb.
Gəminin heyəti fırtınadan xilas olmaq üçün Kadiz körfəzinə sığınıb. Bundan əlavə, ölüm təhlükəsi ilə üz-üzə qalan ekipaj üzvləri xilasediciləri köməyə çağırıblar.  
Nəticədə İspaniya polisi gəmidə yoxlanışa başlayıb və 4,4 ton həşişi ələ keçirib.
İnsidentlə əlaqədar gəmidə olan iki britaniyalı saxlanılıb. İspaniya Daxili İşlər Nazirliyi əlavə edib ki, istintaq davam edir, ona görə də daha çox şəxsin həbsi istisna edilmir.
Mənbə: İzvestiya
Gundelik-Baku.Org