Aİ İrana qarşı sərt sanksiyalara hazırlaşır

Aİ İrana qarşı sərt sanksiyalara hazırlaşır
Avropa İttifaqı (Aİ) İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək.
Bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında deyib. O bildirib ki, sanksiyalar İrandakı etiraz aksiyaları və Rusiyaya hərbi təchizatla bağlı vəziyyətə görə tətbiq ediləcək.
“Biz İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcəyik. İranlı qadınların və dinc etirazların dəstəklənməsi üçün istənilən tədbiri görəcəyik”, - deyə C.Borrel bildirib.
Gundelik-Baku.Org