Messi müasir futboldan DANIŞDI: “Çox dəyişib”

Messi müasir futboldan DANIŞDI: “Çox dəyişib”
Fransa çempionu PSJ-nin və Argentina millisinin 35 yaşlı hücumçusu Lionel Messi müasir futbolun xüsusiyyətlərindən danışıb.
“Futbol çox dəyişib. İndi qeyri-adi oyunçu tapmaq daha çətindir. Uşaqlıqdan futbolçular müəyyən formada yetişdirilir.
Bu günlərdə futbolda taktika böyük rol oynayır. İstənilən komanda istedadlı oyunçuları olmadan rəqibə problem yarada bilər, amma taktika ilə uğur qazana bilər”, -  xarici media bildirir ki, Messi deyib.
Argentina dünya çempionatının qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Gundelik-Baku.Org