Daha bir döyüşçü Messinin müdafiəsinə qalxdı

Daha bir döyüşçü Messinin müdafiəsinə qalxdı
Argentinalı hücumçu Lionel Messinin Saul Kanelo Alvareslə münaqişəsində müdafiəsinə getdikcə daha çox döyüşçü qoşulur. 
Xarici media xəbər verir ki, bu dəfə mütləq dünya çempionuna UFC-nin orta çəkili döyüşçüsü Santyaqo Ponzinibbio üz tutub.
"Mən əsəbləşdim. Messini təhdid etməyin mənası yoxdur, hamı Messini tanıyır. Alvares bilmirsə, danışmamalıdır.
Futbolçuların tərlədiyi üçün köynəkləri yerə atması normaldır. Heç bir hörmətsizlik göstərməyib. Messini tanıyan hər kəs onu qüsursuz idmançı və hörmətli insan adlandırır.
Messi əla oyun keçirib. Əgər döyüşmək istəyirsənsə, mən hazıram. Messini rahat buraxın. Messiyə qarşı çıxanda bütün Argentinaya qarşı çıxırsan”, - Ponzinibbio vurğulayıb. 
Xatırladaq ki, DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun Meksika ilə oyunundan sonra Argentina millisinin paltardəyişmə otağından video yayımlanmışdı. Burada PSJ-nin hücumçusunun butslarını dəyişərkən ayağı ilə Meksika millisinin formasına yüngülcə toxunması göstərilir. Bu fakt Kanelonu hiddətləndirib.
Bundan əvvəl əfsanəvi keçmiş boksçu Mayk Tayson argentinalı futbolçunun müdafiəsinə qalxıb.
Gundelik-Baku.Org