40 minlik stadionda 41 min azarkeş: Dünya çempionatında "biletsiz" azarkeş İDDİASI

40 minlik stadionda 41 min azarkeş: Dünya çempionatında "biletsiz" azarkeş İDDİASI
Qətərin ev sahibliyi etdiyi 2022-ci il dünya çempionatı ilə bağlı qalmaqallı iddialara yenisi əlavə edilib.
Xarici medianın xəbərinə görə, A qrupunda keçirilən Seneqal-Hollandiya oyununda bəzi azarkeşlərin stadiona biletsiz daxil olduğu iddia edilib.
İspaniyanın “Marca” qəzetinin xəbərinə görə, “Əl Thumama” stadionunda keçirilən oyuna maraq olmadığı üçün Qətər rəhbərliyi bəzi biletsiz azarkeşlərin stadiona daxil olmasına icazə verib.
Biletsiz tamaşaçıların çoxluğu səbəbindən rəsmi rəqəmlərə görə 40 min tutumlu stadionda görüşü 41 721 nəfər izləyib.
Seneqal - Hollandiya oyununda Hollandiya 2:0 hesabı ilə qalib gəlib.
Gundelik-Baku.Org