Blinken dünya çempionatını izləmək üçün Qətərə yollanır

Blinken dünya çempionatını izləmək üçün Qətərə yollanır
ABŞ Dövlət katibi Antoni Blinken Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.
O, ABŞ komandasının noyabrın 21-də Uelslə keçiriləcək oyununu izləyəcək.
Bu barədə rəsmi mənbə məlumat verib.
Bildirilib ki, Blinkenin həmçinin Qətər rəsmiləri ilə görüşü də planlaşdırılır. Detallar barədə məlumat verilmir.
Qeyd edilib ki, noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək çempionatda Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin də iştirakı nəzərdə tutulur.
Mənbə: TASS
Gundelik-Baku.Org