DÇ-2022: Açılış oyununda azarkeşlər arasında dava düşdü

DÇ-2022: Açılış oyununda azarkeşlər arasında dava düşdü
Futbol üzrə Dünya Çempionatı-2022-nin açılış matçında azarkeşlər arasında dava düşüb.
Qətərin turnirə ev sahibliyi etməsi və ölkədə insan haqlarının pozulması ilə bağlı müzakirələr və etirazlar davam edərkən, ekvadorlu bir tərəfdar Valensiyanın qolundan sonra tribunalara “pul” işarəsi vuraraq qətərlilərlə mübahisə edib.
Bəzi Qətərlilərin bu hərəkətlərə reaksiya verməsi ilə mübahisə yaranıb. İki azarkeş görüşün ikinci hissəsində əl sıxaraq barışıb.
Gundelik-Baku.Org