Dünya çempionatının açılış oyununda Qətər Ekvadorla QARŞILAŞACAQ

Dünya çempionatının açılış oyununda Qətər Ekvadorla QARŞILAŞACAQ
Bu gün DÇ-2022-yə start veriləcək.
Qətərdə təşkil olunan futbol bayramının ilk günündə bir oyun keçiriləcək.
Mundialın açılış qarşılaşması meydan sahiblərinin iştirakı ilə baş tutacaq. Yarışa təşkilatçı ölkə təmsilçisi kimi qatılan Qətər Ekvadorla üz-üzə gələcək.
Asiya və Cənubi Amerika təmsilçiləri A qrupunda yer alıb. Bu “dördlüy”ün sabah baş tutacaq ikinci görüşündə Niderland və Seneqal qarşılaşacaq.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.
Gundelik-Baku.Org