Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar
"Fakel" və "Spartak" komandaları arasında keçirilmiş Rusiya Kubokunun qrup mərhələsinin IV tur oyununda 30 nəfər saxlanılıb.
Onların əksəriyyəti yerli azarkeşlər olub.
Fanatlar rəsmi idman yarışları zamanı davranış qaydalarının pozulmasına görə tutulublar və onlar haqqında bir neçə protokol tərtib edilib.
Tərəfdarların çoxu stadionda siqaret çəkdiyi üçün polis bölmələrinə aparılıb. Eyni zamanda, 15 yaşlı yeniyetməyə sərxoş vəziyyətdə olduğu üçün protokol tərtib olunub.
Qeyd edək ki, oktyabrın 19-da keçirilmiş matçda "Spartak" 2:1 hesabı ilə qalib gəlib.
Gundelik-Baku.Org