Dünya Çempionatında daha bir jurnalist dünyasını dəyişdi

Dünya Çempionatında daha bir jurnalist dünyasını dəyişdi
Qətərin “Əl-Kass” telekanalının fotomüxbiri Xalid əl-Mislam dünya çempionatı zamanı dünyasını dəyişib.
Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb .
Xatırladaq ki, daha əvvəl Qətərdə amerikalı jurnalist, CBS əməkdaşı Qrant Uol vəfat etmişdi. O, Dünya Kubokunun 1/4 finalında Hollandiya və Argentina matçı zamanı huşunu itirib . Gələn tibb işçiləri 48 yaşlı jurnalisti reanimasiya edə bilməyiblər. Ölümün səbəbinin ürək dayanması olduğu bildirilir. Mərhum köşə yazarının qardaşı onun öldürüldüyünə inanır və təbii ölümlə ölmədiyini bildirib.
Qətərdə keçirilən dünya çempionatı noyabrın 20-də başlayıb. Qeyd edək ki, turnirin ev sahibləri hər üç qarşılaşmada ümumi 1:7 hesabı ilə uduzaraq qrupdan çıxa bilməyib. Final oyunu dekabrın 18-də Lusail İkonik stadionunda keçiriləcək.
İlk yarımfinal dekabrın 13-də baş tutacaq. 
Gundelik-Baku.Org