Pərviz karyerasını bitirir

Pərviz karyerasını bitirir
“Survivor” yarışması ilə daha da populyarlaşan 6 qat Dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayev idman karyerasını sonlandırmağa hazırlaşır.
O, “Görüş yeri” proqramına müsahibəsi zamanı danışıb. Pərviz deyib ki, özünü fərqli sahədə görmək istəyir:
“İdman sahəsi mənim üçün sonlanır. Bu da yaşla əlaqədardır. Hazırda 36 yaşım var, 37 olacaq. İdmançının sona doğru getdiyi yaşlar var. Mən 2016-cı ildən sonra uduzmamışam, ancaq qalib gəlmişəm, böyük yarışları qazanmışam. Yəqin ki, son bir-iki akkord qalıb, sonra idmandan getmək lazımdır. Çünki hər şeydən zamanında getmək gözəldir. Qarşıma həmişə hədəf qoymuşam. Demək olar nütün məqsədlərimə çatmışam. İndiki hədəf başqadır, fərqli sferada olmaq istəyirəm”.   
Gundelik-Baku.Org