“Mançester Yunayted”i xilas edə biləcək məşqçinin adını çəkdi

“Mançester Yunayted”i xilas edə biləcək məşqçinin adını çəkdi
“Mançester Yunayted” uğursuz mövsümlər seriyasını davam etdirir. Əfsanəvi Aleks Ferqyuson məşqçi körpüsünü tərk etdikdən sonra çoxlu sayda məşqçi dəyişikliyinə baxmayaraq, komanda əvvəlki nəticələrinə qayıda bilmir.

Xarici mediayanın bildirdiyinə görə, “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Harri Nevill çətin suala cavab tapdığına inanır. O, “Mançester Yunayted”i xilas edə biləcək mütəxəssisin adını çəkib.

Nevilin sözlərinə görə, əgər bacarsaydı, Yurgen Kloppu indi baş məşqçi təyin edərdi.

"Mən Yurgen Klopp deyərdim. Yurgen Klopp Pep Qvardioladan qat-qat az büdcə ilə işləyir. Pep Qvardiola dahidir və o, həmişəlik xatırlanacaq. Amma Yurgen Klopp, mənim fikrimcə, heyrətamiz məşqçidir.

Əgər məndən soruşsanız ki, sabah “Mançester Yunayted”ə hansı baş məşqçini təyin edəcəm, o, Yurgen Klopp olardı”, - Nevil vurğulayıb.
Gundelik-Baku.Org