“Mançester“in satışı yaya qədər təxirə salındı

“Mançester“in satışı yaya qədər təxirə salındı
İngiltərənin "Mançester Yunayted" futbol klubunun sahibi olan Qleyzer ailəsi klubun satışınbı yaya qədər təxirə salıb.
“Telegraph” xəbər verir ki, əvvəllər onlar satşı aprelin sonundan başa çatdırmaq istəyirdi. İndi isə iyun ayında yay transfer pəncərəsi başlamazdan əvvəl komandanı satmağı planlaşdırırlar.
İngiltərənin ən varlı adamı Cim Ratkliffin “Mançester Yunayted”ə təklif etdiyi bildirilir.
Qətər İslam Bankının idarə heyətinin sədri və Qətərin keçmiş baş nazirinin oğlu Şeyx Casim bin Həməd Ali-Sani də klubun alınması üçün təklif göndərib. O, komandanı Devid Bekhem, Rayan Giqqz, Pol Skoulz, Niki Batt, Qari və Fil Nevilin oynadığı “Mançester Yunayted” oyunçularının əfsanəvi nəsli olan “92-ci sinif” adlandırılan "Nine Two" Fondu vasitəsilə əldə etməyi planlaşdırır.
Gundelik-Baku.Org