"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib

"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib
İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirə bilər.

"Cope" xəbər verir ki, "Mançester Yunayted" 64 yaşlı mütəxəssisin təyinatını nəzərdən keçirir.

"Qırmızı-şeytanlar"ın artıq italiyalı baş məşqçiyə təklif göndərdiyi də iddia olunub.

Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Kral klubu" cari mövsüm La Liqada 14 turdan sonra 35 xalla liderdir. "Mançester Yuneyted" isə Premyer Liqada 13 matçdan sonra 24 xalla altıncı pillədə qərarlaşıb. Komandaya 2022-ci ildən niderlandlı Erik Ten Haq rəhbərlik edir.
Gundelik-Baku.Org