Belarus buna görə Rusiyadan 1,5 milyard dollar aldı

Belarus buna görə Rusiyadan 1,5 milyard dollar aldı
İdxalı əvəz edən layihələrin həyata keçirilməsi üçün Belarusa 1,5 milyard dollar kredit veriləcək. 
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. 
O, bu barədə Moskvada keçirilən ikinci Xəzər İqtisadi Forumu çərçivəsində bildirib. 
Overçuk qeyd edib ki, qərarlar artıq qəbul edilib: "Ya imza atmışıq, ya da imzalamaq üzrəyik. Prinsipcə, müqavilənin bütün parametrləri razılaşdırılıb. İdxalın əvəzlənməsi və müvafiq sahələrin inkişafı ilə bağlı layihələrə 1,5 milyard dollar ayrılacaq". 
Gundelik-Baku.Org