Modriç yığmada tarixi uğura imza atıb

Modriç yığmada tarixi uğura imza atıb
Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb.
O, buna UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Avstriya ilə görüşdə (3:1) fərqlənməklə nail olub. L.Modriç qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb. Nəticədə 37 yaş 16 günlüyündə olan yarımmüdafiəçi Xorvatiya yığmasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu adını qazanıb. Bundan əvvəlki rekord Niko Kovaça məxsus idi - 36 yaş 327 gün.
Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisinin üzvüdür.
Gundelik-Baku.Org