Ərəblərdən dünya çempionuna fantastik təklif

Ərəblərdən dünya çempionuna fantastik təklif
“Tottenhem”in qapıçısı Uqo Lyoris karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fransa millisinin sabiq kapitanı hələlik adı açıqlanmayan bir klubdan fantastik təklif alıb. Ərəblər 2018-ci ilin dünya çempionuna illik 115 milyon avro məvacib ödəməyə hazırdırlar.
Lyoris 2012-ci ildən “Tottenhem”də çıxış edir. 36 yaşlı qolkiperin London klubu ilə ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Lyoris bu mövsüm 31 oyun keçirib, 45 qol buraxıb.
Xatırladaq ki, bu qış Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna keçib. Lionel Messinin isə yayda “Əl-Hilal”a üz tutacağına dair xəbərlər yayılıb.
Mənbə: talkSPORT
Gundelik-Baku.Org