İsrail rəsmiləri Səudiyyə Ərəbistanına buraxılmadı

İsrail rəsmiləri Səudiyyə Ərəbistanına buraxılmadı
BMT-nin Dünya Turizm Təşkilatı konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası verməyib. 
Bununla bağlı "Bloomberg" nəşri məlumat yayıb. 
Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində Dünya Turizm Təşkilatının 18 ölkədə 32 turistik kəndi əhatə edən iki günlük konfransı keçirilir. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasında 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpasına dair razılaşmanın İsraillə Səudiyyə Ərəbistanı arasında “normallaşma imkanlarına” mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. 
Gundelik-Baku.Org