"Üçüncü dünya müharibəsi ola bilər" - Lukaşenko

"Üçüncü dünya müharibəsi ola bilər" - Lukaşenko
Qərb ölkələrinin başqa ölkələrdə dövlət çevrilişləri təşkil etmək təcrübəsi, eləcə də sanksiya siyasəti üçüncü dünya müharibəsi risklərini daşıyır. 
Bunu oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Qərb 1991-ci ildə SSRİ-nin dağılmasından sonra dünyada sabitliyin təminatçısı funksiyasının öhdəsindən gələ bilməyib", - Belarus lideri əlavə edib.
Lukaşenkao onu da deyib ki, Belarus postsovet məkanında nüvə silahına malik olmaqdan könüllü imtina edən ölkələrdən biri idi: "Bunun müqabilində nə əldə etdik? Real beynəlxalq hüquqi təminatlar əvəzinə Budapeşt memorandumu kimi boş, dəstəklənməyən bəyannamələr", - Belarus prezidenti vurğulayıb.
Gundelik-Baku.Org