Dünya çempionatı: Cüdoçumuzdan bürünc medal

Dünya çempionatı: Cüdoçumuzdan bürünc medal
Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxə, 1/8 finalda Nurlıxan Şerxanı (Qazaxıstan),  1/4 finalda ikiqat dünya çempionu Jorje Fonsekanı (Portuqaliya) məğlub edib. Yarımfinalda o, Kayl Reyesə (Kanada) uduzub. Bürünc uğrunda mübarizədə cüdoçumuz Toma Nikoforovla (Belçika) qarşılaşıb və vaza-ari qalib gələrək bürünc medal qazanıb.
Builki dünya çempionatında bundan əvvəl Azərbaycandan təkcə Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı.
Qeyd edək ki, mundiala oktyabrın 13-də yekun vurulacaq.
Gundelik-Baku.Org