Putin və Zelenskinin G20 sammitində iştirakı təsdiqləndi

Putin və Zelenskinin G20 sammitində iştirakı təsdiqləndi
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski Balidə keçiriləcək G20 sammitində iştirak edəcəklərini rəsmən təsdiqləyiblər. 
Bu barədə İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib. 
XİN rəhbəri həmçinin vurğulayıb ki, hazırkı dünya vəziyyəti qeyri-sabitdir, lakin onun idarəsi iki dövlətin başçıları ilə əlaqə yaratmağa çalışır.
Sammit 15-16 noyabrda Bali adasında keçiriləcək.
Bundan əvvəl hər iki ölkə liderləri eyni sammitə gələcəkləri barədə razılaşmışdılar. 
Gundelik-Baku.Org