Türkiyə AVRO-2028 və AVRO-2032-yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü

Türkiyə AVRO-2028 və AVRO-2032-yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü
Türkiyə 2028-ci və 2032-ci illərdə futbol üzrə Avropa çempionatlarına ev sahibliyi etmək üçün namizədlik sənədini UEFA-ya təqdim edib.
Bu barədə UEFA-dan açıqlama verilib.
Bildirilib ki, 2028 və 2032-ci il çempionatlarına ev sahibliyi etmək istəyən ölkələr ilkin təklif sənədlərini təqdim ediblər.
Türkiyə ilə yanaşı, UEFA-ya həmçinin İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels futbol assosiasiyaları 2028-ci il, İtaliya isə 2032-ci il ev sahibliyi üçün müraciət edib.
Yekun təklif sənədinin təqdim edilməsi üçün son tarix 12 aprel 2023-cü il olaraq müəyyən edilib.
Ev sahibi seçiləcək ölkələrin gələn ilin payızında açıqlanacağı gözlənilir.
Mənbə: “Anadolu” Agentliyi
Gundelik-Baku.Org