Kanadanın hokkey üzrə millisindən qələbə rekordu

Kanadanın hokkey üzrə millisindən qələbə rekordu
Kanadanın milli hokkey komandası Qalifaksda keçirilən 2023 Gənclər Dünya Çempionatının qalibi olub.
Xarici media xəbər verir ki, finalda kanadalılar Çexiya millisini məğlub ediblər. Görüş əlavə vaxtda 3:2 hesabı ilə başa çatıb. Qaliblərdən qolları dubl edən Dilan Qyunter və Şeyn Rayt vurub. Yarımfinalda kanadalılar ABŞ komandasına qalib gəlib. Görüş 6:2 hesabı ilə başa çatıb.
Kanada komandası gənclər arasında Dünya Kubokunda qələbə rekordu vurub. Onların hesabında 20 turnir qələbəsi var. SSRİ, MDB və Rusiya yığmalarının 13 titulu var ki, bu da ikinci göstəricidir.
Gundelik-Baku.Org