UFC-də 2022-ci ilin ən yaxşı döyüşü açıqlanıb

UFC-də 2022-ci ilin ən yaxşı döyüşü açıqlanıb
Çex İrji Proxazka ilə braziliyalı Qlover Teyşeyra arasında UFC (Mütləq Döyüş Çempionatı) yüngül çəkidə çempionluq uğrunda mübarizə 2022-ci ilin ən yaxşı döyüşü kimi tanınıb.
Bu barədə UFC-nin mətbuat xidmətindən xəbər verilib.
Döyüş iyunun 12-də Sinqapurda UFC 275-də baş tutub.

Qeyd edək ki, döyüş beşinci raundun bitməsinə 28 saniyə qalmış Proxazkanın boğma fəndi nəticəsində qələbəsiylə başa çatıb. Qarşıdurmanın gedişində hər iki idmançının udmaq şansları olsa da, sonda braziliyalı uduzub və altı döyüşdən ibarət qələbə seriyası bitib.
Ümumilikdə 30 yaşlı Proxazkanın 33 döyüşü olub, onlardan 29-u qələbə ilə başa çatıb.
Hazırda UFC yüngül çəki dərəcəsində Proxazka birinci yeri tutur, Teyşeyra 33-8 rekordu ilə ikinci yerdədir.
Mənbə: Meta MMA

Gundelik-Baku.Org