Qətərdəki dünya çempionatı tarixin ən məhsuldarı oldu

Qətərdəki dünya çempionatı tarixin ən məhsuldarı oldu
Bir gün əvvəl Qətərdə başa çatan dünya çempionatı tarixə düşüb. 
Xarici medianın xəbərinə görə, əsas beynəlxalq turnirin yekunlarına əsasən, vurulan qolların sayına görə rekord müəyyən edilib.
Qətərdə keçirilən turnirdə komandalar 64 oyunda 172 qol vurub. Bundan əvvəl ən yaxşı göstərici vurulan 171 qol idi - 1998 və 2014-cü illərdə.
Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı 32 milli komandanın iştirak etdiyi formatda sonuncu olub. Artıq 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək növbəti dünya çempionatında iştirakçıların sayı 48-ə yüksələcək.
Xatırladaq ki, Argentina millisi finalda Fransa yığmasına qalib gələrək tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Oyunun əsas və əlavə vaxtı 3:3 hesablı bərabərliklə başa çatıb, penaltilər seriyasında isə cənubi amerikalılar 4:2 hesabı ilə qalib gəlib.
Gundelik-Baku.Org