Səudiyyə şahzadəsindən milli komandanın futbolçularına bahalı hədiyyə

Səudiyyə şahzadəsindən milli komandanın futbolçularına bahalı hədiyyə
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman DÇ-2022-nin qrup mərhələsinin açılış matçında Argentinanı məğlub edən milli komandaya “Rolls Royce Phantom” avtomobiləri hədiyyə edib.
Xarici KİV xəbər verir ki, oyunçular qalibiyyətə görə bahalı hədiyyəni bonus olaraq alacaqlar. Bir avtomobilin qiymətinin 460-550 min dollar arasında olduğu qeyd edilir.
Noyabrın 22-də Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub edib. Bu, milli komandanın dünya çempionatlarındakı tarixində dördüncü qələbəsi olub. Buna qədər komanda 1994-cü ildə Mərakeşə (2:1), Belçikaya (1:0), 2018-ci ildə Misirə (2:1) qalib gəlib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında futbolçuların uğuru şərəfinə istirahət günü də təşkil edilib.
İlk turdan sonra C qrupuna Səudiyyə Ərəbistanı başçılıq edir. İkinci oyunda isə komanda Polşa ilə qarşılaşacaq. Görüş noyabrın 26-da keçiriləcək.
 



Gundelik-Baku.Org