Karlsen yenidən dünya çempionu OLDU

Karlsen yenidən dünya çempionu OLDU
Norveçli şahmatçı Maqnus Karlsen Qazaxıstanın paytaxtı Alma-Atada keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.
Klassik şahmat üzrə dünya çempionu 13 tur çərçivəsində 10 xal toplayıb.
Bütün turnir ərzində o, rusiyalı qrossmeyster Vladislav Artemiyevdən bir məğlubiyyət alıb, səkkiz qələbə qazanıb və dörd dəfə heç-heçə edib.
Gundelik-Baku.Org