Tovuzda 35 yaşlı kişinin meyiti tapıldı

Tovuzda 35 yaşlı kişinin meyiti tapıldı
Tovuz rayonunun Eyyublu kəndində su arxının kənarında kişi meyiti tapılıb.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub. Üzərində zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org