Yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanıldı - YENİLƏNİB

Yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanıldı - YENİLƏNİB
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü. Bayramovu bıçaqlamaqda şübhəli bilinən rayon sakini 2006-cı il təvəllüdlü Sənan Kərimov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
“Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır”, - o vurğulayıb.
*** 08:48
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Əliyaqublu qeydə alınıb.
2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə kənddə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org