Şəmkirdə 15 yaşlı qız əmisi oğluna ərə verilir - DİN-dən REAKSİYA (YENİLƏNİB)

Şəmkirdə 15 yaşlı qız əmisi oğluna ərə verilir - DİN-dən REAKSİYA (YENİLƏNİB)
"Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ərə verildiyi deyilən qızın yaşadığı ünvanı müəyyən edib. Polis əməkdaşları həmin ünvanda olub, qızla söhbət aparıblar".
Bu barədə "Unikal"a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.
"Qız elçilik mərasimi keçirildiyini təsdiqlədi və tezliklə nişan olacağını bildirdi. Valideynləri isə toyu qızın 18 yaşından sonra edəcəklərini qeyd ediblər. Bütün bunlara baxmayaraq hər iki tərəfin valideynləri Şəmkir RPŞ-nə dəvət olunub. Onlarla profilaktik söhbət aparılacaq və qanunun tələbləri valideynlərin nəzərinə çatdırılacaq", - deyə o bildirib.
***
12:02
Xəbər verdiyimiz kimi, Şəmkirdə yeniyetmə qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib:
"Məsələdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Ətraflı məlumat veriləcək", - deyə o qeyd edib.

***
12:01
"Şəmkirdə 15 yaşı hələ yanvarda tamam olacaq qız 26 yaşlı əmisi oğluna ərə verilir".
Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.
Gundelik-Baku.Org