Krımda hərbi maşın qəzaya düşdü: Yaralananlar var

Krımda hərbi maşın qəzaya düşdü: Yaralananlar var
Krımda hərbi yük maşını minik avtomobilinə çırpılıb. 15 hərbçi və iki mülki şəxs yaralanıb.
Bu  barədə  "Baza" teleqram kanalı məlumat yayıb. 
Bildirilir ki, hadisə Cankoy rayonunda baş verib. “Kamaz” “Mitsubishi Lancer” markalı minik avtomobili ilə toqquşub, yoldan çıxaraq aşıb.
Gundelik-Baku.Org