Bakıda qardaşları bıçaqlayan şəxslər tutuldu

Bakıda qardaşları bıçaqlayan şəxslər tutuldu
Bakıda 3 nəfəri bıçaqlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.
Gundelik-Baku.Org