Xəzər rayonunda ev sahibəsinə bıçaqla xəsarət yetirən keçmiş məhkum saxlanılıb

Xəzər rayonunda ev sahibəsinə bıçaqla xəsarət yetirən keçmiş məhkum saxlanılıb
Sentyabrın 29-da saat 20 radələrində Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə Buzovna qəsəbəsindəki evlərdən birinə oğurluq məqsədi ilə girən iki nəfərin ev sahibi ilə rastlaşdıqda ona bıçaqla xəsarət yetirərək qaçmaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub.
Hadisə ilə bağlı əməliyyat tədbirləri davam etdirilir.
Gundelik-Baku.Org