Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs tutulub

Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs tutulub
Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2 000 manat ödətdirməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Məsələ ilə bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org