Abşeron sakininin bank hesabından pul oğurlandı

Abşeron sakininin bank hesabından pul oğurlandı
Sumqayıtda müştərinin bank hesabından pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Abşeron rayon sakini F.Əliyevin bank hesabından 1 000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İman İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org