Çin gəmiləri Yaponiyanın ərazi sularını pozdu

Çin gəmiləri Yaponiyanın ərazi sularını pozdu
2 Çin sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.
Xarici KİV xəbər verir  ki, Çin gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında 3 gün qalıb.
Bildirilib ki, dekabrın 22-də səhər saat 09.30-da milli ərazi sularının əhatə etdiyi əraziyə daxil olan gəmilər Tayşo adaları yaxınlığında Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşıb.
Gəmilər dekabrın 25-i günorta saatlarına qədər ərazi ətrafında üzüb. Çin gəmilərinin pozuntu müddəti 72 saat 45 dəqiqə olaraq qeydə alınıb.
Bu dövr Yaponiya hökumətinin 2012-ci ildə Senkaku adalarını satın almasından sonra Çinin ən uzunmüddətli pozuntusunu qeyd edib. 
Gundelik-Baku.Org