Yaponiyanın Baş naziri Ukraynaya dəvət olundu

Yaponiyanın Baş naziri Ukraynaya dəvət olundu
Yaponiyanın Baş naziri Fumio Kişida Avropaya səfəri zamanı Ukraynaya da səfərə dəvət alıb.
Xarici KİV xəbər verir  ki, bunu Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno deyib.
Yanvarın 4-də Yaponiya səfirinə dəvəti Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak təqdim edib.
"Yaponiya Ukrayna vətəndaşlarını dəstəkləyir və bu il G7 ölkələri qrupunun rəhbəri kimi müvafiq addımlar atır", - Matsuno bildirib.
Yaponiyanın baş naziri Kişida Fumio daha əvvəl bildirib ki, beynəlxalq ictimaiyyət koronavirus pandemiyası və Ukraynada “dünya nizamına tamamilə təsir edən” hərbi əməliyyatlar səbəbindən hazırda tarixi “dönüş nöqtəsində” dir.
Gundelik-Baku.Org