Krımda partlayış: Rusiyanın dörd döyüş gəmisi məhv oldu

Krımda partlayış: Rusiyanın dörd döyüş gəmisi məhv oldu
Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd döyüş, o cümlədən freqat və desant gəmiləri Sevastopol körfəzində partlayıb.
Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenkonun “Telegram” kanalında deyilir.
Geraşenko yazır ki, təsdiqlənməmiş məlumatlara görə, zədələnmiş gəmilər arasında “Kalibr” qanadlı raketlərinin daşıyıcısı “Admiral Makarov” da var.
Gəmilərin partlaması xəbərini hərbi jurnalist Andrey Çaplienko da yayıb. Bununla belə, Çaplienko məlumatı yoxlamağın vacibliyini vurğulayıb. 
Qeyd edək ki, hazırda Rusiya tərəfi Sevastopol körfəzinin girişini tamamilə bağlayıb.
Gundelik-Baku.Org