Son həftədə 271 ha ərazi minalardan təmizlənib

Son həftədə 271 ha ərazi minalardan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, dekabrın 5-dək 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, tank əlehinə 3 və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
  • Son həftədə 271 ha ərazi minalardan təmizlənib - FOTO

Gundelik-Baku.Org