Məşhurlar buna görə cəzalandırıldı

Məşhurlar buna görə cəzalandırıldı
Reklam Şurası sosial şəbəkədə gizli reklam edən məşhurları yoxlamağa başlayıb. Belə ki, müğənni Gülbən Ergən, aktrisa Sədəf Kasabalı və bloger Nisa Bölükbaşının postları dayandırılıb.
Türkiyə mətbuatı xəbər verir ki, daxil olan şikayətləri araşdıran Reklam Şurası, iyulun 7-də “gamze_ercel” adlı "Instagram" hesabından üç ayrı postda geyim markasının işarələndiyini, lakin heç bir reklam ifadəsinin yer almadığını, həmçinin  marka və məhsulları yönləndirərək gizli reklam olunduğu müəyyən edilərək, Gamze Erçelə 155 min 712 lirə (14 min 200 manat) cərimə yazılıb.
İdarə Heyəti müəyyən edib ki, iyulun 7-də Gülben Ergenə məxsus "gulben123" adlı İnstaqram hesabında reklam edilən dəriyə qulluq məhsulunun tərkibi barədə istehlakçılara məlumat verilməyib. Buna görə də Ergənin reklam etdiyi həmin məhsulun paylaşımı dayandırılıb.
Gundelik-Baku.Org