"LALAFO"dan müştərilər üçün AKTİV TƏLƏ - GİLEY

"LALAFO"dan müştərilər üçün AKTİV TƏLƏ - GİLEY
 "Şikayətim LALAFO.AZ alqı-satqı saytındandır. Belə ki, bir müddət əvvəl icarə verdiyim obyektin şəklini və bir sıra məlumatlarını yazaraq həmin saytda yerləşdirdim. Daha sonra obyekti təklif olunan reklam xidmətlərindən istifadə edərək 5 manatlıq pullu reklama qoydum. Bir müddət sonra telefonumla bank hesabıma girərkən gördüm ki, Lalafo hər 3 gündən bir məndən 5 manat tutub reklama görə. Halbuki mən birdəfəlik 5 manatlıq reklam qoymuşdum. Bununla əlaqəli Lalafofonun texniki şöbəsi ilə əlaqə yaratdıqda mənə nə desələr yaxşıdır?" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Emin Əliyev adlı istifadəçi giley edir.

"LALAFO"dan müştərilər üçün AKTİV TƏLƏ

Narazı vətəndaş daha sonra yazır: "Deyirlər ki, siz pul kisənizi doldurduğunuz zaman avtoyükləməni söndürməmisiniz. Beləliklə də bir neçə gündən bir reklama qoyduğum pul məbləği qədər pul çıxılıb.
Ümumiyyətlə avtoyükləmə niyə yanılıdır (aktiv) sualına isə bildirdilər ki, bu hamıda yanılıdır .
Yəni deyirlər ki kütləvi formada hamının xəbərləri olmadan ciblərinə giririk.
Təsəvvür edin siz reklam üçün 5 manatlıq ödəniş edirsiniz amma bilmirsiniz ki, bu ödənişi bir dəfə üçün etmirsiniz, hər 3 gündən bir bu qədər ödəniş sizdən tutulacaq. Çunki ödəniş edərəkən buna dair hər hansı bir məlumat səhifədə gözə dəymir. Gərək başqa bir səhifəyə daxil olub avtoyükləmə adlı bu funksiyanı söndürüb, ödəniş edəsiniz.
LALAFO.AZ bununla da Reklam Haqqında Qanunun həmçinin AZ Mülki Məcəlləsinin müqavilə hüququndan əmələ gələn maddələrinin tələblərini pozur. Belə ki, bir şəxs hər hansı bir şeyə dair (xidmətə, məhsula ) ödəniş edərkən həmin xidmətə dair məlumatlar tam formada eyni pəncərədə müştəriyə çatdırılmalıdır.
Belə çıxır ki, mən 5 yox 150 manatlıq reklam xidmətindən istifadə etsəydim yenidən 150 manat məbləğində pul məndən xəbərim olmadan hər üç gündən bir çıxılacaqdı.
Burdan bu saytdan isitfadə edən bütün müştəriləri reklam xidmətlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıram".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Gundelik-Baku.Org