Britaniya kəşfiyyatı Rusiyanın gizli bölməsini ifşa etdi - FOTOLAR

Britaniya kəşfiyyatı Rusiyanın gizli bölməsini ifşa etdi - FOTOLAR
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya raket hücumları həyata keçirən gizli bölməsini ifşa edib.
Bu barədə Böyük Britaniyanın "Bellingcat" araşdırma şurası hesabat dərc edib.  
Bildirilir ki, raket hücumlarının arxasında əsasən 30 nəfərlik gənc mühəndislər və İT mütəxəssisləri olan gizli Rusiya hərbi birliyi dayanır. Mühəndislər qrupu 3 komandaya bölünərək işləyir.  Bu mühəndislər dəniz, hava və qurudan atılan qanadlı raketlərə cavabdehdirlər.  Gizli bölmənin arxasında duran şəxs isə polkovnik-leytenant İqor Bagnyukdur.
Baqnyuk bundan əvvəl Suriyada xidmət edib. 
Fevralın 24-də Rusiya ordusunun Ukrayna ərazisinə daxil olması ilə başlayan müharibə aylardır davam edir. Müharibə nəticəsində hər iki tərəf onlarla həyatını itirib, milyonlarla ukraynalı öz ölkələrini tərk etmək məcburiyyətində qalıb,. İki ölkənin nümayəndə heyətləri bir müddət danışıqlar aparsalar da, hələlik sülhlə bağlı konkret inkişaf yoxdur. 
Gundelik-Baku.Org