“iPhone”da qumar reklamları tapıldı

“iPhone”da qumar reklamları tapıldı
“Apple” şirkəti “App Store” mağazasında reklamların göstərilməsini müvəqqəti olaraq dayandırıb.
Bu barədə "The Verge" məlumat yayıb.
Məlumata görə, “App Store”da nalayiq və qumar reklamları aşkar edilib.
Bundan əlavə, uşaq tətbiqlərinin səhifələrində böyüklər üçün reklamların görünməsi də ayrı bir qalmaqala səbəb olub.
“Apple” bu dayandırılmanın neçə müddət davam edəcəyi və şirkətin reklam qaydalarında hansı dəyişikliklərin olacağı barəsində hələlik açıqlama verməyib.
Bildirilib ki, “Apple” qumar oyunlarının reklamını tamamilə qadağan etməyəcək. Ancaq bir sıra yeni tələblər həyata keçirəcək.
Gundelik-Baku.Org