Aİ 168 Rusiya şirkətinə qarşı sanksiya tətbiq etdi - YENİLƏNİB

Aİ 168 Rusiya şirkətinə qarşı sanksiya tətbiq etdi - YENİLƏNİB
Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən razılaşdırılan Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə 168 Rusiya şirkətinə qarşı məhdudiyyətlər daxil edilib. 
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis "Twitter" səhifəsində yazıb.
Rəsminin sözlərinə görə, söhbət Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli təşkilatlardan gedir. O, həmçinin qeyd edib ki, yeni sanksiyalar paketinə ikili istifadə texnologiyalarının ixracına məhdudiyyətlər daxil olacaq. Xüsusilə, İT avadanlıqları, dronlar və elektronika məhdudiyyətlərə məruz qalır.
Dombrovskis həmçinin əlavə edib ki, Aİ sanksiyalarının 9-cu raundu Rusiyanın mədən sektoruna və biznes xidmətlərinə, o cümlədən reklam, bazar araşdırması və sosial sorğular üzrə məhdudiyyətləri genişləndirəcək.
xxx
11:46
Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketi uzun sürən müzakirələrdən sonra dərc olunacaq.
Xarici KİV xəbər verir ki, məhdudiyyətlər dekabrın 16-da axşam saatlarında rəsmi təsdiqdən sonra qüvvəyə minəcək. 
"Yazılı prosedurun başa çatması günortaya qədər gözlənildiyindən, onun nəşri günorta və ya axşam saatlarında baş tutacaq", - məlumtda deyilir. 
Gundelik-Baku.Org